Cənubi Afrika ölkəsi Malavidə baş verən daşqın və torpaq sürüşməsi insan ölümünə səbəb olub.

"Unikal" xəbər verir ki, Malavi Fəlakət İdarəsi tərəfindən verilən açıqlamada ölkənin Nxotakota bölgəsində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfərin öldüyü bildirilib. Açıqlamada, təbii fəlakətdən təxminən 14 min insanın zərər çəkdiyi, köçkün vətəndaşların düşərgə ərazilərinə göndərildiyi qeyd olunub.

Zərifə Nağıyeva