Lavrovun Ermənistanla ultimatum dili ilə danışmağa haqqı yoxdur.

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artsvik Minasyan deyib. 

O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatına cavab olaraq bildirib: "Ya bizimləsən, ya da yoxsan. Ermənistan obyektiv olaraq Rusiyanın bu regiondakı rolunu görməzlikdən gələ bilməz. Lavrovun ultimatum verməyə haqqı yoxdur, o başa düşməlidir ki, Rusiya-Ermənistan münasibətlərini şəxs müəyyən etmir".

Ağarza Elçinoğlu