Rusiya Prezidenti Vladimir Putin iş qrafikini “sonsuz axan” şəlalə ilə müqayisə edib.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısı martın 7-də Krasnodar Ali Hərbi Aviasiya Məktəbinin məzunları ilə görüşündə danışıb.

"Həyatım sonsuz sayda müxtəlif hadisələrdən və fəaliyyətlərdən ibarətdir. Mən bəzən onu şəlalə ilə müqayisə edirəm. Bir şəlalənin altında necə dayanırsınız və o, dayanmadan süzülür. Hətta sevdiklərimin yanında olanda belə mən işləyirəm. Bilirəm ki, beş dəqiqədən sonra filankəs mənə zəng etməli, 10 dəqiqədən sonra mən harasa zəng etməliyəm, yarım saatdan sonra filan hadisə baş verəcək, nə baş verdiyini anlamalıyam", -  Putin bildirib. 

Gülayə Mecid