Ermənistan Respublikası olaraq biz səmimi qəlbdən Türkiyə ilə dövlət sərhədinin tez bir zamanda açılmasını istəyirik. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib.

"Ermənistan Respublikası olaraq biz səmimi qəlbdən dövlət sərhədinin tez bir zamanda açılmasını, diplomatik münasibətlərin qurulmasını, xalqlar və mədəniyyətlər arasında əlaqələrin artmasını istəyirik", - nazir qeyd edib.

Mirzoyanın sözlərinə görə, Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında telefon danışıqları müsbət dinamikanı təmin edir. 

O, Ani körpüsünün bərpasının sual altında olduğunu da bildirib və sərhədyanı rayonlarda infrastruktur və yolların tikintisi ilə bağlı bəzi razılaşmaların əldə olunduğunu xatırladıb.

Ağarza Elçinoğlu