Böyük Britaniya Ermənistan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dondurmaq qərarını tanıyır və “Rusiyadan gələn təhdidlər” qarşısında dəstək verməyə hazırdır”.
"Unikal" RT-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi bildirib.
“Böyük Britaniya bu qərarı (KTMT üzvlüyünün dondurulması – red.) Ermənistanın suveren hüququnun həyata keçirilməsi kimi tanıyır və Rusiyadan gələn cavab tədbirləri təhlükəsi qarşısında onu dəstəkləmək üçün Avro-Atlantik müttəfiqləri ilə əməkdaşlıq edəcək”, - deyə Hippi vurğulayıb.
Britaniya parlamentinin yazılı sorğusuna cavab olaraq o vurğulayıb ki, London “əməkdaşlığı dərinləşdirmək” yollarını axtarmaq üçün İrəvanla yaxından işləməyə davam edəcək.