Moskvada ikimərtəbəli taxta evdə baş verən yanğın nəticəsində bir ailənin üç üzvü həlak olub.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, 100 kvadrat metr sahəni əhatə edən yanğının söndürülməsinə 30 mütəxəssis və altı ədəd texnika cəlb olunub. Yanğın operativ şəkildə söndürülüb.

Cəsədlərin yanğın söndürüldükdən sonra evin dağıntılarının altında aşkarlandığı qeyd olunub.