Rusiya tərəfindən ilhaq edilmiş DXR (Donetsk Xalq Respublikası, Donetsk vilayəti, Ukrayna ərazisi - red.) prezident seçkiləri üçün erkən səyyar səsvermə keçirilir.
"Unikal" xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Bildirilir ki, İnsanlar hətta Ukrayna Silahlı Qüvvələrinin atəşinin tez-tez baş verdiyi Donetskin cəbhə bölgəsində yerləşən Kiyev bölgəsində də səs verirlər.
Rosqvardiya əməkdaşları erkən səsvermənin sülh, təhlükəsizlik və məxfiliyini təmin edirlər.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 17-si keçiriləcək. Rusiyanın hazırkı Prezidenti Vladimir Putin 2012-ci ildən bu vəzifəni icra edir.
Gülayə Mecid