Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin 2024-cü il avqustun 1-dək "Zvartnots" hava limanında xidmətini dayandıracağını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Paşinyan bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, bu barədə artıq ölkədəki rus sərhədçilərinə məktub göndərilib: "Rusiya sərhədçilərinə göndərilən mesaj təşəkkür məktubudur. Bu məktubda tarix göstərilir - 1 avqust 2024-cü il. Məhz bu gündən Rusiya sərhədçiləri "Zvartnots" hava limanında xidmətini dayandıracaqlar. Bu, işdir, siyasi proses deyil". 

***13:41

Xəbər verdiyimiz kimiz, Ermənistan rus sərhədçilərinin İrəvanın "Zvartnots" hava limanından çıxarılması ilə bağlı Moskvaya rəsmi məktubla müraciət edib. 

"Unikal" xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirib. 

Baş nazir qeyd edib ki, Ermənistan artıq bu işi özü üzərinə götürə bilər: "Sərhəd qoşunlarının zabitləri artıq Rusiya tərəfi olmadan "Zvartnots" beynəlxalq hava limanında sərhəd nəzarətini həyata keçirmək üçün kifayət qədər təcrübəyə malikdirlər. Ermənistan Respublikasının Sərhəd Qoşunları Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarına məktub göndərib. Onlar Ermənistan Respublikası müstəqillik əldə etdikdən sonra "Zvartnots"da göstərilən dəstək, xidmət və təhlükəsizliyin, eləcə də sərhəd nəzarətinin təmin edilməsinə görə minnətdarlıqlarını bildiriblər. Məktubda həmçinin bildirilib ki, ölkəmizdə dövlət qurumları inkişaf etdiyindən bu müddət ərzində Rusiya Federasiyasından olan həmkarlarımızın dəstəyi ilə "Zvartnots"da xidmət edən Ermənistan sərhədçiləri artıq Rusiya tərəfinin dəstəyi olmadan sərhəd nəzarətini həyata keçirmək üçün kifayət qədər təcrübə və bacarıqlar əldə ediblər". 

Ağarza Elçinoğlu