Rusiyanın Bryansk vilayətində terrorun qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz öz Telegram kanalında məlumat verib .

“Bu gün hüquq-mühafizə orqanları Bryansk ərazisində terror aktlarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirir”, - deyə region rəhbəri yazıb.

O, sakinlərdən “anlayışlı olmağı” və sakit olmağı xahiş edib.