Rusiya Latviya, Litva və Estoniyanın düşmənçilik siyasətinə görə 347 vətəndaşının ölkəyə girişini bağlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Baltikyanı ölkələrin Rusiyaya qarşı düşmənçilik siyasəti anti-Rusiya aksiyalarında iştirak edənlərə qarşı cavab tədbirləri tələb edir. 

“Son vaxtlar 347 Latviya, Litva və Estoniya vətəndaşı, o cümlədən nazirlər, parlament üzvləri, ictimai xadimlər və jurnalistlər də daxil olmaqla, Rusiyanın dayandırma siyahısına daxil edilib”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Siyahı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Bundan əvvəl  Rusiya Xarici İşlər Nazirliyi İsveçrənin səfiri Kristina Marti Lanqı çağıraraq, İsveçrə parlamentinin Rusiya aktivlərinin müsadirə mexanizmi ilə bağlı qərarına görə ona etiraz edib.

Gülayə Mecid