Paşinyan Qərbin qərar verdiyi yolla gedir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Viktor Vodolatski deyib. 

O, Ermənistanın baş naziri Nikol Paşinyanı Ukrayna prezidenti Vladimir Zelenskinin etdiklərini təkrarlamaqda ittiham edib: "Bu, Rusiyadan Ermənistanın deyil, Paşinyanın ayrıldığını sübut edir. Poroşenkonun etdiyi hər şeyi bu gün Paşinyan edir, Zelenski də etməyə davam edir. O, Ermənistanı daha bir anti-Rusiya cəbhəsinə çevirmək qərarına gələn anqlo-saksların onun üçün müəyyən etdiyi tapdalanan yolla gedir". 

Rus hərbçilərinin Ermənistandan çıxarılması məsələsinə də cavab verən deputatın sözlərinə görə, Paşinyanın açıqlamalarının hələlik heç bir hüquqi əsası yoxdur: "Rusiya həmişə Cənubi Qafqazda sülh və rifahın tərəfdarı olub. Və biz öhdəliklərimizi yerinə yetirməyə davam etmək niyyətindəyik ki, Ermənistan Ukrayna vəziyyətinə düşməsin". 

Ağarza Elçinoğlu