Ukraynaya məxsus pilotsuz təyyarə Belqorod administrasiyasının binasına düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib
"Belqorodda düşmən PUA-sı şəhər administrasiyasının binasına çırpılıb. İki yaralı var" , - Qladkov Telegram kanalında yazıb.
Partlayış nəticəsində Belqorod administrasiyasının binasının şüşələri sınıb, fasadı zədələnib.