Gördüm ki, ermənilərin Qarabağdan çıxmasını təşkil edən və buna dəstək verən xarici qüvvələr var. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Baş nazirin sözlərinə görə, həmin xarici qüvvələr Ermənistanda hakimiyyət dəyişikliyinə başlandığını elan ediblər: "Onlar gördülər ki, Ermənistandakı qüvvələri inqilab etmək üçün yetərli deyil və onlar Qarabağ bahasına da olsa, Ermənistana resurslar gətirməli idilər ki, hakimiyyət dəyişikliyi baş versin". 

Ağarza Elçinoğlu