Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının 2023-cü ilin 22 sentyabr tarixində keçirilən sessiyasında etdiyi çıxış Ermənistanda yenidən gündəmə gəlib. 

"Unikal" xəbər verir ki, Baş nazir Nikol Paşinyana sual verən jurnalist qeyd edib ki, C.Bayramov açıqlamasında Paşinyanın çıxışını xatırladaraq Qarabağda etnik təmizləmənin aparılmadığını və mülki əhali üçün heç bir təhlükə yaranmadığını bildirib. Bu da Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanı çıxılmaz vəziyyətə salıb. 

Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə jurnalistin sualına cavab verib: "Mən görürdüm ki, hər şey edilir ki, Qarabağ erməniləri tez bir zamanda getsinlər. Mesajım o idi ki, getməyi düşünmək lazım deyil. Dedim ki, çıxış yolu həmişə var. Həmin anda hərbi əməliyyatlar dayanmışdı". 

Ağarza Elçinoğlu