44 uşağa baxmağın çətinlikləri ilə üzləşmək, qidalanma, geyim və təhsil kimi əsas ehtiyacları qarşılamaq və bütün bu məsuliyyətləri sevgi ilə idarə etmək qeyri-adi bir səy tələb edə bilər. 43 yaşlı Mariam bu öhdəliklərin üzərindən layiqincə gəlir.  

"Unikal" xəbər verir ki, dünyanın ən çox övladı adına sahib olan Mariam Nabatanzi Babirye Uqandada 25 dekabr 1980-ci ildə anadan olub.  Mariam 44 uşaq dünyaya gətirib, onlardan yalnız 6-sı dünyasını dəyişib.

Böyük övladının 29, ən kiçiyinin isə 7 yaşı olan Mariam 2015-ci ildə əri tərəfindən tərk edilmiş və hazırda uşaqları ilə Uqandada yaşayır. 12 yaşında 40 yaşlı kişi ilə evlənmək məcburiyyətində qalan Mariam ilk dəfə 13 yaşında uşaq dünyaya gətirib.

Onun 23 yaşı olanda artıq 25 övladı var idi. 36 yaşı olanda onun övladlarının sayı 44-ə çatıb: üç dördəm, dörd üçəm və altı əkiz. O, ümumilikdə 15 hamiləlik keçirib və altı uşağı doğuş zamanı və ya ondan qısa müddət sonra ölüb.  Hazırda onun 16 qızı və 22 oğlu var.

Gülayə Mecid