Rusiyadan hərbi təhlükə yaranarsa, NATO Polşaya 300 minə yaxın əsgər göndərə bilər.

"Unikal" xəbər verir ki, bu sözləri Polşa ordusunun generalı Karol Dymanovski "TVP Info" kanalına müsahibəsində deyib. 

“Bunlar NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitdə siyasi səviyyədə təsdiq edilmiş son planlarının müddəalarıdır. İndiyədək NATO-nun önündə 40 min əsgər var idisə, indi 300 min olacaq”, - zabit bildirib.

General, həmçinin etiraf edib ki, alyansın qüvvələri “hətta müharibə başlamazdan əvvəl təhlükə altında olan ölkədə” yerləşdirilə bilər. 

Gülayə Mecid