Mən o vaxt həbsdə idim, Saakaşviliyə məktublar yazırdım, indi o həbsdən mənə yazır.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, 2009-cu ildə həbsxanadan Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşviliyə məktub göndərdiyini açıqlayıb.
Jurnalist Paşinyana sualında onun Saakaşviliyə verdiyi məsləhəti xatırladıb: "Ola bilərmi ki, öz çağırışınıza, Gürcüstan prezidentinə ünvanladığınız öyüd-nəsihətə əməl edib gedəsiniz?"
Baş nazir jurnalistin sualına belə cavab verib: "Mən bunu artıq etmişəm. 2021-ci ildə istefa verməyim, növbədənkənar seçkilər keçirməyim və bu seçkilərin rəqabətli, azad və ədalətli sayılması kiçik bir şey deyil".
Ağarza Elçinoğlu