Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Tejas" qırıcısı Racastan ştatının şimal-qərbində qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirib.

"Hindistan istehsalı olan tək oturacaqlı qırıcı “döyüş hazırlığı uçuşu” zamanı Caysalmer şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində pilot sağ qurtulmağı bacarıb", - məkumatda deyilir. 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.