Rumıniya Prezidenti Klaus İohannis NATO-nun baş katibi vəzifəsinə namizəd olmağa qərar verdiyini bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, brifinqdə bildirib. 

"Mən NATO-nun baş katibi vəzifəsi üçün müsabiqədə iştirak etmək qərarına gəldim. Namizədliyimi tam məsuliyyətlə Rumıniya adından irəli sürdüm, bu qərar Rumıniya prezidenti kimi iki mandat zamanı NATO-nun, Avropanın və regionumuzun üzləşdiyi problemləri dərindən başa düşməklə bağlı əldə etdiyim təcrübə əsasında qəbul edilib”, - İohannis deyib.

Onun sözlərinə görə, NATO öz missiyasına yeni baxışa ehtiyac duyur.

İohannis xüsusilə qeyd edib ki, Şərqi Avropa NATO çərçivəsində müzakirələrə və qəbul edilən qərarlara dəyərli töhfə verir, ona görə də bu region alyansın rəhbərliyində təmsil olunmalıdır.

Nuranə Abbasova