Martın 12-də Ukraynanın Krivoy Roq şəhərində hündürmərtəbəli binanın raketlə vurulması nəticəsində dinc sakinlər arasında həlak olanlar var.

"Unikal" xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko ölən mülki şəxslərin sayının azı 3 nəfər olduğunu, 38 nəfərin isə yaralandığını deyib.

“3 ölü, 38 yaralı var. Xəsarət alan uşaqlar var. Lakin bu rəqəmlər yekun deyil, çünki axtarış-xilasetmə işləri davam edir", - deyə nazir bildirib.

Dnepropetrovsk vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakının verdiyi məlumata görə, xəsarət alanlardan artıq 7-si uşaqdır.