İranda ilaxır çərşənbələri ilə əlaqədar baş verən hadisələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 4 360 nəfər xəsarət alıb.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1,8 min çağırış daxil olub, 2 paytaxt sakini ölüb.

Bildirilib ki, əsasən vətəndaşlar tonqal üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alıblar.