Avropa Parlamenti Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinin mümkünlüyü ilə bağlı qətnamə qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yyaıb.
Qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib.
32 deputat isə bitərəf qalıb.
“Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar, demokratiyasını möhkəmləndirmək yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni mərhələ ola bilər”, - sənəd layihəsində deyilir.
xxx
20:37
Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinin mümkünlüyü ilə bağlı qətnamə səsverməyə çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.