Rusiyanın Vyanadakı səfirliyi Avstriya hakimiyyətinin iki rus diplomatını persona non-qrata elan etmək qərarına qəzəbləndiyini və Moskvanın buna qətiyyətli cavab verəcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə səfirliyin teleqram kanalında yaydığı bəyanatında deyilir.

"Avstriya Xarici İşlər Nazirliyinin Rusiya səfirliyinin iki əməkdaşını persona non-qrata elan etməsi qərarından qəzəblənirik. Əvvəlki qovulma epizodlarında olduğu kimi, bu dəfə də Diplomatik Münasibətlər haqqında Konvensiyanın pozulmasına dair heç bir sübut təqdim edilmədi. Bu, Avstriya hakimiyyətinin sırf siyasi qərarıdır, biz bunu qətiyyən qəbul etmirik”, - deyə səfirliyin məlumatında qeyd edilib.

“Moskvanın qəti cavabı heç bir şübhə doğura bilməz. İkitərəfli münasibətlərin daha da pisləşməsinə görə məsuliyyət tamamilə Vyananın üzərinə düşür", - deyə bəyanatda vurğulanıb.

XXX

22:41

Avstriya hakimiyyəti iki rus diplomatını persona non-qrata kimi tanımaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.

Məlumata görə, hər iki diplomatın statusları ilə bir araya sığmayan hərəkətlər etdiyi deyilir.

Diplomatik işçilər martın 19-dan əvvəl Avstriyanı tərk etməlidirlər.