Avropa İttifaqı Ukraynaya əlavə olaraq 5 milyard avro hərbi yardım ayıracaq. 

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının 27 ölkəsinin səfirləri müvafiq razılığa gəliblər. 

Avropa diplomatiyasının rəhbəri Josep Borrell də səfirlərin islahatla bağlı razılığa gəldiyini təsdiqləyib: "Fond bizə Ukraynaya hərbi yardımı daha 5 milyard avro artırmağa imkan verəcək". 

Ağarza Elçinoğlu