Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 177.4 (Oğurluq, xüsusi külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Belarusiya vətəndaşları 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç və 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviçin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxslər “BTB” Bankdan müştərilərin depozit otağındakı seyflərindən 800 min manat nağd pulu oğurlamaqda şübhəli bilindikləri üçün həbs ediliblər.
Zərərçəkmiş Fuad Eldar oğlu Lütfəliyev və Nurlan İlham oğlu Kazımovun anket məlumatları məhkəmə prosesində dəqiqləşdirilib.
Sonra zərərçəkmiş Nurlan Kazımov ifadə verib:
"Bankdan mənə zəng gəlmişdi, adıma bankın depozit otağında seyf var, dedilər təmir başlayır banka yaxınlaşardız. Məndə gəldim özümə aid olan əşyalara baxış keçirdim seyfdə. Mən artıq 1 il 6 aydır həmin seyfi icarəyə götürmüşdüm. Sonra dedilər seyflərə müdaxilə olub. Banka gələndə gördüm seyflərə müdaxilə olub. Ancaq mənim seyfimdən heç nə götürülməmişdir. Mən ora işlədiyim şirkətin də sənədlərini, arada pul və digər əşyalarda qoyurdum. Seyfin 1 açarı bankda, 1 açarı isə məndə olurdu. "BTB"də olan bankın depozit otağında çox boşluqlar olub. İttiham aktında yazılıb ki, guya mənim 37 nömrəli seyfimə müdaxilə olub, açıb baxıblar, heç bir dəyərli əşya olmadığına bağlayıblar. Mənim bu şəxslərdən heç bir şikayət və tələbim yoxdur. Ancaq mən cinayətkarla necə barışa bilərəm?”
Təqsirləndirilənlər şəxslər də Nurlan Kazımovun seyfinə müdaxilə etdiklərini etiraf etdilər.
Növbəti zərərçəkən Fuad Lütvəliyev həmin seyflərdən birinin ona məxsus olduğunu, kompaniyaya düşdüyü üçün birinci 6, sonra həmin müdaxilə olan 9 saylı seyfi götürdüm. Mənim heç bir şikayət və tələbim yoxdur, təqsirləndirilən şəxslərə barışıq verirəm.
Əslində hər bir bank müştərilərə yüksək təhlükəsizlik, seyfdə saxlanılanlar və sahibi haqda məlumatın tam konfidensiallığına təminat, siqnalizasiya və yanğın əleyhinə sistem ilə təchiz olunmuş otaqlarda seyfllərin 24 saat fasiləsiz peşəkar mühafizəsinə təminat verir.
Qeyd edək ki, hadisə ötən il martın 17-si saat 18:00 radələrində paytaxtın Xətai rayonu, Y.Səfərov küçəsi 21 saylı ünvanda yerləşən ofisində qeydə alınıb.
Məhkəmə prosesi 18 aprel tarixinə kimi təxirə salınıb.
Azər İsrafilov