İlk növbədə ruslar Ermənistandan qovulmalıdır.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. 

Qeyd olunub ki, Baş nazir Nikol Paşinyan 6 ildir Rusiya ilə düşmənçilik edir: "Ruslar isə təbii ki, düşmənimizlə münasibətlərini getdikcə daha da istiləşdirirlər. İstənilən normal ölkə öz milli maraqları üçün bunu edərdi. 

Makronun Ukraynaya qoşun yeritməyə eyham vurması ilə Avropa ölkələrinin hay-küyünə baxın. Hamı bunun heç vaxt olmayacağını vurğuladı. Milyonlarla ukraynalıya ancaq silah verirlər ki, döyüşüb ölsünlər. Ermənistana o silah da verilməyəcək, çünki Türkiyə NATO ölkəsidir və artıq regionumuzu özünə məxsus hesab edir. Həm də silah versələr belə, 2-3 milyon əhalisi olan Ermənistan antimilli hakimiyyəti və namus-qeyrəti olmayan generalları ilə  güclü, müasir ordusu olan çoxmilyonluq düşmənə qarşı nə edəcək. 

Əsrlər boyu Azərbaycan torpağı müqəddəs hesab edir, biz isə pulu və bu, belə də qalır. Nəticə etibarı ilə onların böyük, günü-gündən inkişaf edən ölkəsi var". 

Ağarza Elçinoğlu