NATO Baş katibi Yens Stoltenberq martın 19-da Ermənistana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycana səfər edəcək. Baş katib Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Xatırladaq ki, daha əvvəl Stoltenberq tezliklə Gürcüstana səfər etməyi planlaşdırdığını açıqlayıb.