Avropa Parlamentinin üzvləri Rusiyadan Birinci Dünya Müharibəsi zamanı Moskvaya göndərdiyi qızıl və digər qiymətli əşyaları Rumıniyaya qaytarmağı tələb edən qətnamə qəbul ediblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, AP-nin bu qərarına Rusiya dərhal cavab verib.

Rusiya Təhlükəsizlik Şurasının vitse-prezidenti Dmitri Medvedev sosial media üzərindən Avropa Parlamentinin qərarını tənqid edib və tələbi “lovğalıq” kimi qiymətləndirib.

Medvedev, "Aİ Rusiyanın 300 milyard dollarlıq aktivini oğurlayıb. İndi Rusiyadan qızılları Rumıniyaya qaytarmasını istəyir. Buna lovğalıqdan başqa deyəcək bir şey yoxdur", - deyib. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada, Sovet İttifaqının 1935-ci ildə sözügedən qızılın bir hissəsini Rumıniyaya qaytardığını bildirib. 

Xatırladaq ko, Birinci Dünya Müharibəsi illərində Rumıniya Krallığı zərgərlik məmulatları və sənət əsərləri kimi mədəniyyət sərvətləri ilə birlikdə dəmir yolu ilə Moskvaya 91,5 ton qızıl sikkə və külçə göndərib.   

1917-ci ildə bolşeviklər Rusiyada hakimiyyəti ələ keçirdikdən sonra qızıllar müsadirə olunub.