Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində 7 nəfər (1-i uşaq) həyatını itirib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, hadisə vilayətin Lyubinski rayonunun Uvalo-Yadrino kəndi yaxınlığında meydana gəlib.
Qəza nəticəsində üç avtomobil də alışaraq yanıb.
Polis faktla bağlı araşdırma aparır.