ABŞ-nin Pensilvaniya ştatında 3 nəfəri öldürməkdə şübhəli bilinən şəxs bir neçə nəfəri girov götürərək Nyu-Cersi ştatının Trenton şəhərindəki evdə barrikada qurub.

"Unikal" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı Andre Qordon Pensilvaniya ştatında avtomobil oğurlayaraq ərazini tərk edib. Trentondakı evlərdən birində saxlanılan girovların sayı məlum deyil.

Əməliyyatı Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları həyata keçirir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, atışma zamanı həlak olanların hamısı atəş açan şəxsin tanışları olub.