"Xalq Bank" Novruz bayramı günlərində "XalqKart" sahibləri üçün bol qazanclı kampaniyaya start verir.
"Unikal" xəbər verir ki, 18–26 mart tarixlərdə "XalqKart" sahibləri 4 kateqoriya üzrə alış-verişlərdə bayrama özəl əlavə 7 % keşbek əldə edəcəklər. Beləliklə, kampaniya ərzində XalqKart Petrol kartı bütün kafe və restoran, geyim və aksesuar, şirniyyat mağazalarında, eləcə də hotel və turizm xidmətləri üzrə nağdsız ödənişlərdən cəmi 10 %, XalqKart Cashback kartı isə 9% qazandıracaq.
Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. "XalqKart Cashback" kartı isə nağdsız əməliyyatlardan keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8 % əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə və aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma imkanları mövcuddur. Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər.
"XalqKart"ı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.