Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini Məlikov Arif saxlanılıb.
Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.