İngiltərə polisi "Mançester Yunayted"in iki azarkeşini saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Sözügedən azarkeşlər İngiltərə kubokunun 1/4 finalında "Liverpul"la oyunda (4:3) təhqiramiz şüarlar səsləndiriblər.
Onlar 1989-cu ilin aprelində İngiltərə kubokunun yarımfinalında "Liverpul" və "Nottingem Forest" arasında keçirilən oyundan əvvəl "Hillsboruq Stadium"da baş vermiş faciəni ələ salıblar. Qarşılaşmada yaranan izdiham 97 “Liverpul” azarkeşinin ölümünə, yüzlərlə azarkeşin isə yaralanmasına səbəb olmuşdu. Ona görə də ölkə polisi 2 azarkeşin kimliyini müəyyənləşdirib və onları saxlayıb.