FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
"Unikal" xəbər verir ki, “Qarabağ”ın futbolçusu Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.
Millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.