Cəlilabadda 16 min manat oğurlanan ev yandırılıb.
"Unikal" xəbər verir ki, hadisə rayonunun Təzəkənd kəndində baş verib.
Naməlum şəxs evdən 16 min manat pulu oğurlayıb, cinayətin izini itirmək üçün evə od vurub. Yanğın yerinə FHN-in canlı qüvvəsi cəlb olunub.
Ev sahibi Kamil İsayevin sözlərinə görə, yanan otaqlarda ev sahibinə məxsus xeyli rəsmi sənədlər və geyim əşyaları da yanaraq sıradan çıxıb. Oğurlanan pul ev sahibinin oğluna məxsus olub.
Hadisə ilə bağlı araşdırma aparılır.