Xəbər verdiyimiz kimi, Rusiyada Crocus City Hall-da terror hadisəsi baş verib.
"Unikal" TASS-a istinadən hadisə ilə bağlı indiyə qədər məlum olanları təqdim edir.
İlkin məlumatlara görə, 5 nəfər naməlum şəxs avtomatdan atəş açıb. Atışma nəticəsində 40-dan çox insan ölüb, 100 nəfərə yaxın yaralı var.
Atışma zamanı musiqiçilər xəsarət almayıb.
Atışmadan sonra kompleksdə yanğın baş verib. Yanğına artan mürəkkəblik səviyyəsi təyin edilib. Binanın təxminən üçdə biri yanıb. 100-ə yaxın insan təxliyə edilib.
Hadisə yerinə Moskvanın SOBR və OMON xüsusi təyinatlıları göndərilib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov operativ qərargah yaradıldığını elan edib.
Crocus City Hall-a 30-dan çox regional və 20 paytaxt təcili yardım briqadası göndərilib.
Podolskda kütləvi tədbirlər ləğv edilib.
Ağarza Elçinoğlu