"Crocus City Hall"dakı terror aktına görə məsuliyyəti üzərinə götürən "İslam Dövləti - Xorasan" qruplaşması son aylar Fransada hücumlara cəhd edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Qvianaya səfəri zamanı deyib.

"Rusiyadakı terrorda əli olduğu bildirilən bu qruplaşma son aylarda ölkəmizdə bir neçə hücum cəhdi həyata keçirib", - Fransa lideri bildirib.

Siyasətçi vurğulayıb ki, indi terror aktına görə məsuliyyət daşıyanları tez bir zamanda tapmaq və İslam Dövləti ilə effektiv mübarizə aparmaq lazımdır.