“Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı iş üzrə həbs edilən Dilovar İslamov Rusiya Federasiyası vətəndaşıdır və taksi sürücüsü işləyir.

"Unikal" xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsində elan edilmiş iş materiallarında deyilir

“1999-cu il təvəllüdlü, Düşənbədə anadan olmuş, Rusiya vətəndaşı olan Dilovar İslamov ailəlidir və azyaşlı uşağı var. Taksi sürücüsü işləyir”, - materialda qeyd olunur.