Moskvanın “Crocus City Hall” mərkəzindəki yanğın tam söndürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürmə işləri Moskva vaxtı ilə saat 18.40-da (Bakı – 19.40) başa çatıb.

Qeyd edilib ki, 13 min kvadratmetr dam örtüyü və iki mərtəbədə baş verən yanğının söndürülməsinə 500 nəfər şəxsi heyət, çox sayda texnika və 3 helikopter cəlb olunub.