Sabunçuda 3 otaqlı evdə yanğın baş verib.
FHN-dən "Unikal"a verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.