"Nəsimi" stansiyasında alışma baş verib.

Metropolitendən "Unikal"a bildirilib ki, "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib. Alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib", - deyə məlumatda qeyd olunub.