Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.
Bu barədə "Unikal"a Sumqayıt Tibb mərkəzinin ictimaiyyətlə əlqaqələr şöbəsindən bildirilib.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib, hadisəyə müvafiq hüquqi qiymət veriləcək.
Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
*** 18:17
Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
*** 17:34
Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb.
"Unikal" xəbər verir ki, meyit Sumqayıt Uşaq Xəstəxananın həyətində tapılıb.
Faktla bağlı araşdırma aparılır.