Şəmkirdə 7-ci sinif şagirdi bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü. Mehdiyev şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalar davam etdirilir
*** 23:11
Şəmkirdə 7-ci sinif şagirdi naməlum şəxs tərəfindən bıçaqlanıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Dərhal o əməliyat edilib,vəziyyətinin kafi olduğu bidlirilir.
Məlumata görə M.Qasımov məktəbdən qayıdakən naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Tural Əhmədov