"Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı ərəfəsində möhtərəm Prezident, Ali Baş Komandan zati-aliləri cənab İlham Əliyevin Sərəncamı ilə əldə etdikləri nailiyyətlərə görə Xidmətimizin bir qrup əməkdaşı ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görülmüşdür".
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunmuş məqaləsində deyilir.
"Eyni zamanda, dövlət başçısının tapşırığı ilə əməkdaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Fürsətdən istifadə edərək Xidmətimizə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentə şəxsi heyətimiz adından dərin minnətdarlığımızı bildirirəm.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideologiyasına sadiq, möhtərəm Prezident cənab İlham Əliyevin əmr və göstərişlərinin icrasına hər an hazır olan Xidmətin hər bir əməkdaşı Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən dövlət siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəkdir", - deyə müsahibədə qeyd olunur.