Bakının Xəzər rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, Binə qəsəbəsində avtomobil yolu keçən polis əməkdaşı, 2001-ci il təvəllüdlü Qulamov Hüseyn Məhərrəm oğlunu vurub.
Yaralı digər polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.