23-26.03.2024-cü il tarixlərində Şəmkir rayon, Kimya-biologiya təmayüllü liseydə informatika fənnindən beynəlxalq olimpiadalara intensiv hazırlıq məşğələləri təşkil edilib.

"Unikal" xəbər verir ki, intensiv kamp müddətində şagirdlər hər gün beynəlxalq olimpiada formatında yarışlara qoşulub, tapşırıqların izahı sessiyalarında iştirak ediblər. Kamp olimpiadalara hazırlıq komandalarının təlimçiləri, həmçinin öncəki illərdə ölkəmizi müxtəlif müsabiqələrdə uğurla təmsil etmiş məzunların iştirakı ilə keçib.

İnformatika fənni üzrə olimpiadalara hazırlıq prosesi "Azercell"in dəstəyi ilə həyata keçirilir. “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı müddətində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.