Bakı Mühəndislik Universitetində (BMU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, ekosistemin, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda ekoloji mədəniyyətin təbliği və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədi daşıyan aksiyada BMU-nun rektoru Yaqub Piriyev, universitetin struktur rəhbərləri, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Aksiya zamanı Abşeron yarımadasının təbiəti, iqlimi və relyefinə uyğun olaraq, universitet ərazisində 2000-dən artıq müxtəlif növ ağaclar əkilib.