Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli
sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq Xəzər rayonunda ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin və “Dendrologiya bağı” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə 30 mart tarixində Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sağ hissəsində keçirilən aksiyada  Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və müavinləri, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, “Dendrologiya bağı” publik hüquqi şəxsin rəhbərliyi və nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən 200 ədəd eldar şamı ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər
basdırılıb.

Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı
hissini təbliğ etmək üçün zəmin yaradır.

Qeyd edək ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.