Goranboy sakini küt alətlə özünə xəsarətlər yetirib.
"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində baş verib. 1977-ci il təvəllüdlü Abbasov Nihad İntizam oğlu hələlik müəyyənləşdirilməmiş səbəbdən küt əşya və alətlə naməlum şəraitdə özünə ciddi xəsarətlər yetirib, damarlarını kəsərək zədələyib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov