Rusiyanın Dağıstan Respublikasının Mahaçqala və Kaspiysk şəhərlərində antiterror əməliyyatı rejimi tətbiq edilib.
"Unikal" xəbər verir ki, bu barədə İnterfaks-a Federal Təhlükəsizlik Xidmətinin (FTX) Dağıstandakı operativ qərargahından məlumat verilib.
Antiterror əməliyyatı rejimi Mahaçqalanın Leninski, Sovetski rayonlarında və Kaspiysk şəhəri daxilində saat 5:35-dən etibarən qüvvədədir. Onun tətbiq edilməsinin səbəbləri qeyd edilmir.
“Dağıstandakı operativ qərargah respublikanın bütün sakinlərinə müraciət edərək sayıqlığı artırmaq və ekstremizm və terrorizmlə mübarizədə problemlərin həllində hüquq-mühafizə orqanlarına hərtərəfli dəstək göstərmək xahişi ilə müraciət edir”, – FTX nümayəndəsi bildirib.
FTX-dən bildiriblər ki, antiterror əməliyyatı zamanı xüsusi tədbirlər və müvəqqəti məhdudiyyətlər növbəti xəbərdarlığa qədər qüvvədə olacaq. Hansı konkret məhdudiyyətlərin müzakirə olunduğu açıqlanmır.